SON XƏBƏRLƏR

İranda tətil aksiyasına qoşulan 30 işçi həbs edilib

2022.10.13, 10:14
İranda tətil aksiyasına qoşulan 30 işçi həbs edilib

Gunaz.tv

İran İşçilərinin Azad İttifaqının verdiyi məlumata görə, Osləviyyədə tətil aksiyasına başlayan 30 neft sənayesi işçisi həbs edilib.

Məlumatda adı çəkilən bölgənin neft və kimiya zavodu ətrafında çox sayda polis və xüsusi təyinatlı qüvvələr yerləşdirilib.

İran İşçilərinin Azad İttifaqı zavod rəhbərliyinin tətil aksiyalarının genişlənməsinin və davam etməsinin qarşısını almaq üçün təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etdiklərini yazıb.

Qeyd edək ki, oktyabrın 10-u səhər saatlarından Buşehr neft və kimya zavodunun işçilərinin tətil aksiyasından sonra başqa şəhərlərin neft sənayesi işçiləri də aksiyaya qoşulublar.

İran mediası tətil aksiyalarının əmək haqlarının ödənilməsinin gecikdirilməsi ilə bağlı olduğunu iddia etsə də, işçilər bunu təkzib ediblər.

Onlar İranda baş verən ümumölkə etirazlarına dəstək və hökumətin şiddətli repressiyalarına qarşı etiraz əlaməti olaraq işi dayandırdıqlarını deyirlər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar