SON XƏBƏRLƏR

İranda tanınmış rejissor Əli Əhmədzadə həbs edilib

2022.09.02, 09:45
İranda tanınmış rejissor Əli Əhmədzadə həbs edilib

Gunaz.tv

Sentyabrın 2-də rejissor təhlükəsizlik orqanına çağırılıb və orada saxlanılıb. 

Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, Əli Əhmədzadə son həftələr bir neçə dəfə təhlükəsizlik orqanına çağırılıb və avqustun 30-da növbəti çağırışdan sonra təhlükəsizlik idarəsinə gedən rejissor buraxılmayıb.

Əhmədzadə ilk bədii filmini 2012-ci ildə "Mehmuniye Kami" adı ilə çəkib.

Lakin İran hökuməti filmin ekranlaşdırılmasına icazə verməyib.

Onun “Atom ürəkli ana” adlı ikinci filmi 2013-cü ildə 65-ci Berlin film festivalının forum bölməsində nümayiş olunub. 

Əli Əhmədzadə həm Həsən Ruhaninin, həm də İbrahim Rəisinin prezidentliyi dönəmində sənətçilərin hökumətin göstərişi ilə işləmələrinə etiraz edən azsaylı rejissorlardan olub.

O, özünün sosial media hesablarında davamlı olaraq hökumətin sənətçilərə təzyiqlərindən və senzura tətbiq etməsindən yazıb, paylaşımlar edib.

Etirazçı kütlənin hökumət məmurları tərəfindən öldürülməsini pisləyib.

Qeyd edək ki, son həftələr İran kinematoqrafçılarına təzyiqlər güclənib, Cəfər Pənahi və Məhəmməd Rəsulof kimi tanınmış simaların həbsindən əlavə, Məcid Bərzəqər, Möhsün Əmiryusifi və Moctaba Mirtəhmaseb kimi başqa rejissorlar da məhkəməyə çağırılıb.

Onların bir neçəsi girov qarşılığında müvəqqəti sərbəst buraxılsalar da, başqaları uzun illik həbslərə məhkum ediliblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar