SON XƏBƏRLƏR

İranda tanınmış vəkil həbs edilib

2022.11.08, 09:45
İranda tanınmış vəkil həbs edilib

Gunaz.tv

Bu barədə onun bacısı Fatimə Nili özünün sosial media hesabında paylaşım edib.

"Noyabrın 7-i saat 18-də Tehranın Mehrabad hava limanında SEPAH-ın təhlükəsizlik bölməsinin məmurları qardaşım Mustafanı həbs etdilər. Gecə saat 9-da isə 3 kişi və bir qadından ibarət mülki geyimli məmurlar anamın evinə girib, axtarış aparıb və Mustafaya aid sənədləri özləri ilə apardılar",-deyə, vəkilin bacısı bildirib.

Qeyd edək ki, Mustafa Nili bir sıra nüfuzlu fəallların və hüquq müdafiəçilərinin vəkilliyini etdiyi üçün bir neçə dəfə həbs edilib.

Mustafa Nilinin həbsi ilə etiraz aksiyaları başlayandan bəri həbs edilən və vəkillərin sayı 13-ə çatıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar