SON XƏBƏRLƏR

İranda SEPAH və Təhlükəsizlik Nazirliyinin əməkdaşları və 8 etirazçı öldürülüb

2022.11.18, 14:45
İranda SEPAH və Təhlükəsizlik Nazirliyinin əməkdaşları və 8 etirazçı öldürülüb

Gunaz.tv

Noyabrın 17-i gecə Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində təhlükəsizlik məmuru Mehdi İsnaəşəri və SEPAH üzvü qarşıdurmada həyatını itirib.

Bununla yanaşı son iki gündə Qərbi Azərbaycan əyalətinin cənub bölgəsində 8 nəfər güllələnib.

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, noyabrın 17-də Qərbi Azərbaycan əyalətinin cənub bölgəsində yerləşən Bukan şəhərindəki xalq etirazları zamanı 3 nəfər öldürülüb.

Bildirilir ki, Arəş Məhəmmədi, Heyva Canan və Hazar Mamxosrəvi adlı şəxslər hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.
 
Məlumatda noyabrın 16-dan 17-ə keçə gecə də, nümayişlər zamanı Milad Mərufi, Qəfur Moludi, Mustafa Şəbani və Əmcəd İnayəti adlı bukanlıların öldürüldüyü qeyd edilib.

Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində də Azad hüseynpur adlı gəncin xalq etirazları zamanı məmurlar tərəfindən güllələnərək yaralandığı və Xomeyni xəstəxanasına çatdırıldıqdan sonra həyatını itirdiyi bildirilir.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar