SON XƏBƏRLƏR

İranda vətəndaşlar pul qarşılığında dini mərasimə dəvət olunublar-VİDEO

2022.05.04, 18:49
İranda vətəndaşlar pul qarşılığında dini mərasimə dəvət olunublar-VİDEO

Gunaz.tv


İranın Sistan və Beluçistan əyalətində Ramazan bayramı münasibətilə keçirilən mərasimə qatılanların hər birinə 10 min tümən pul verilib.

Müsəlman ölkələrinin çoxunda Ramazan bayramının mayın 2-də qeyd olunmasına baxmayaraq, Xaməneyinin Sistan və Beluçistandakı nümayəndəsi Mustafa Məhami sünni vətəndaşları mayın 3-də bayram namazına dəvət edib.
.
Öncədən dini mərasimə qatılanlara bayramlıq veriləcəyi ilə bağlı elan verən cümə imamı bayramlıq məbləğini qeyd etməyib.

İştirakçıların 10 min tümən, yəni 70 qəpik bayramlıqla mükafatlandırılmaları sosial media istifadəçilərinin gülüş hədəfinə çevrilib.


Timur

.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar