SON XƏBƏRLƏR

İranda hicaba qarşı çıxan 300 qadın saxlanılıb

2022.09.05, 04:33
İranda hicaba qarşı çıxan 300 qadın saxlanılıb

Gunaz.tv

Əli Xanməhəmmədi mediaya verdiyi açıqlamada İran Təhlükəsizlik və Kəşfiyyat əməkdaşlarının hicaba qarşı müqavimətə çağıran 300 nəfəri həbs etdiklərini deyib.

O, saxlanılan şəxslərin müxtəlif yollarla hicabsızlığı təbliğ edən qrupların başçıları olduğunu söyləyib.

Bununla yanaşı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Fars" xəbər agentliyi də hicabsızlığa qarşı mübarizənin yeni dalğasını yolun başlanqıcı adlandırıb.

Agentlik təhlükəsizlik orqanları bütün idarə, dövlət qurumlarında bununla bağlı daha əhatəli işlər görməyə çağırıb.

Əxlaq Polisinin sözçüsünün "hicaba qarşı təbliğat"a görə saxlanıldıqlarını iddia etdiyi şəxslər hüquq müdafiəçiləri, ictimai və siyasi fəallardırlar.

Onlar məcburi hicab qaydalarının tətbiqini insanların hüquqlarının pozulması, vətəndaşların şəxsi həyatı və geyim tərzinə dövlət müdaxiləsinin hüquq pozuntusu olduğunu barədə çıxışlarına görə həbs ediliblər.

Qeyd edək ki, xüsusilə son aylar İranda məcburi hicab qaydalarına riayət etməyən onlarla qadın həbs edilib, yüzlərlə qadın isə döyülüb.

İyul ayının əvvəllərindən başlayaraq qadınlara qarşı şiddət halları Mədəni İnqilab Şurasının toplantısında İran prezidenti İbrahim Rəisinin dövlət qurumlarına hicabsızlığa qarşı mübarizədə daha əhatəli fəaliyyət göstərmələrini tapşırmasından sonra güclənib.

Rəisinin çıxışından sonra müxtəlif dövlət rəsmiləri, mollalar və idarə rəhbərləri hicabsızlara qarşı sərt tədbirlərin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndiriblər.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar