SON XƏBƏRLƏR

İranda yaşayan xristianlar xalqı etirazlara çağırdı-Bəyanat

2022.09.28, 06:35
İranda yaşayan xristianlar xalqı etirazlara çağırdı-Bəyanat

Gunaz.tv

Xristianlar İslam Respublikası hökuməti tərəfindən etirazçı insanlara qarşı şiddətli repressiyaları pisləyib.

“İran daxilində və xaricində, virtual və real məkanda hələ də bir-birimizin yanındayıq və bunu davam edəcəyik”-bəyanatda belə deyilir.

Sənəddə İslam Respublikası ilə xristian vətəndaşlar arasında son 40 ildə baş verən şiddətli toqquşmalar xatırladılıb.

“Biz bir-birimizin yanındayıq, bunu davam edəcəyik və heç nədən qorxmuruq.

Biz özümüzü cəmiyyətin bir parçası hesab edirik.

Ona görə də ümumölkə etirazlarında, İran daxilində və xaricində, virtual və real məkanda insanların hüquqları uğrunda mübarizədə həmrəyik.

Biz də İranın əsirlikdən və zülmətdən azad olması uğrunda aparılan mübarizədə çəkiləcək bütün əziyyətlərdə şərikik”,- deyə, 309 xristian iranlının imzaladığı bəyanatda bildirilib.

Bəyanatda İranda yaşayan bütün xristianlar etiraz aksiyalarına qoşulmağa və başqa xalqlarla birgə İslam Cümhuriyyəti rejiminə qarşı mübarizəyə çağırılır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar