SON XƏBƏRLƏR

İranda yenidən internetə giriş çətinləşib

2023.03.09, 14:30
İranda yenidən internetə giriş çətinləşib

Gunaz.tv

Bu barədə Təbrizin "Azərəncümən" xəbər saytı məlumat yayıb.

Məlumatda martın 9-u səhər saatlarında problemin nisbi həll olunduğu, ancaq məhdiyyətin tam aradan qaldırılmadığı bildirilib.

Qeyd edək ki, İran ötən il dünyada internet azadlığı və azad informasiya dövriyyəsinin düşməni seçilib.

“Surfşark” internet saytı dünyada internet məhdudiyyətləri ilə bağlı son hesabatında ötən il İranın 11 yeni internet məhdudiyyəti tətbiq etdiyini və dünyada ikinci ən çox məhdudiyyət tətbiq edən ölkə olduğunu açıqlayıb.

“Surfşark”-ın 2022-ci ildə internet məhdudiyyətlərinin vəziyyəti ilə bağlı sorğusuna əsasən, yeni internet məhdudiyyətlərinin sayına görə Cammu və Kəşmir, İran, Hindistan, Sudan, Burkina Faso, Zimbabve, Pakistan, Rusiya, Kuba və Sierra Leone internetə ən çox məhdudiyyət qoyan dünyanın 10 ölkəsi kimi ilk yerləri tutublar.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar