SON XƏBƏRLƏR

İranda yeniyetmələr arasında spirtli içkilər və narkotika geniş yayılıb

2022.07.14, 11:15
İranda yeniyetmələr arasında spirtli içkilər və narkotika geniş yayılıb

Gunaz.tv

"İranlı yeniyetmələrdə narkotik maddələr və spirtli içkilərdən istifadə etmək üçün böyük həvəs yaranıb. Ölkədə şagirdlərin 2%-dən çoxu narkomaniyaya cəlb olunub və onların xeyli hissəsinin narkotikdən istifadə təcrübəsi var"-deyə, o bildirib.

"Şərq" qəzetində yayılan məlumatda spirtli içkilər və ucuz narkotik maddələrin əlçatan olduğu üçün yeniyetmələr, xüsusilədə qızlar 16 yaşa çatmadan onlardan istifadə etməyə başlayırlar.

"Ölkənin bir sıra şərq və mərkəzi əyalətlərində şagirdlər narkotikdən daha az yaşda istifadə etməyə başlayırlar, ancaq İranda narkomaniyanın başlamanın orta yaş həddi 16-dır"-deyə, mütəxəssis Səid Səfatiyan qeyd edib.

Qeyd edək ki, ötən il İranın Narkotiklərlə Mübarizə Baş İdarəsinin Müalicə və sosial dəstək üzrə baş direktoru Rza Toyserkanməneş İranda 2 milyon 800 min narkomanın olduğunu deyib və bundan başqa 1 milyon 600 min nəfərin də ara-sıra narkotik maddələrdən istifadə etdiyini bildirmişdi.

O, ölkədə illik orta hesabla 4-5 min nəfərin narkotikdən istifadəyə görə öldüyünü deyib və İranda narkomaniyanın genişlənməs prosesinin sürətləndiyi barədə xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə, İranda narkotiklərdən istifadə nəticəsində ölüm halları regionda ən yüksək göstəricidir və İran bu sahədə dünyada ən çox narkotik istehsalçısı olan Əfqanıstandan da irəlidədir.

Mütəxəssislərin fikrincə sosial azadlıqların olmaması, siyasi təzyiqlər, istirahət obyektlərinin məhdudluğu, eləcə də iqtisadi problemlər və gələcəyə perspektivin olmaması insanları narkotikdən istifadə etməyə sövq edən və aludəçiliyi artıran amillərdəndir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar