SON XƏBƏRLƏR

İranda yeniyetməlik yaşında sevdiyi qızı qətlə yetirən məhkum edam edilib - FOTO

2021.11.24, 10:16
İranda yeniyetməlik yaşında sevdiyi qızı qətlə yetirən məhkum edam edilib - FOTO

Gunaz.tv

Bu barədə İran Məhkəmə Sisteminin media mərkəzi məlumat yayıb. 

Bildirilir ki, bir neçə gün əvvəl ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameraya köçürülən məhkumun bağışlanması üçün müxtəlif şəxslərin və bəzi hüquq müdafiəçilərinin göstərdiyi səyinə baxmayaraq, qətlə yetirilmiş Qəzalə Şəkurun anası və digər ailə üzvləri güzəştə getməkdən və onu bağışlamaqdan imtina ediblər.

Ölüm hökmünün yerinə yetirilməsinə israr etdikdən sonra Arman Əbdülali bu gün səhər saatlarında dara çəkilib.

Yayılan məlumata əsasən, Arman Əbdülali və Qəzalə Şəkur 2012-ci ildə Türkiyə səfərində bir-biri ilə tanış olublar.

Onlar İrana qayıtdıqdan sonra ailələrinin razılığı ilə görüşlərini davam etdirmiş, evlənmək qərarına gəlmişdilər. Lakin Qəzalə Şəkurun ailə qurandan sonra da təhsilini davam etdirəcəyini bildirməsi və buna israr etməsi kəskin mübahisələrə səbəb olur.

Nəticədə, məsələ barədə danışmaq üçün sevdiyi qızı evinə dəvət edən Arman aralarında baş verən gərgin mübahisədən sonra naməlum şəkildə qızı qətlə yetirərək cəsədini naməlum yerdə basdırıb.  

Qeyd edilir ki, qətl hadisəsindən 8 il keçməsinə baxmayaraq, Qəzalə Şəkurun cəsədinin qalıqları bu günə qədər hələ də tapılmayıb. 


Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

هشتاد میلیون نفر از خانواده‌ی شکور بخواهیم از آرمان بگذرند | پایگاه خبری  تحلیلی انصاف نیوز

                                             Qətlə yetirilmiş Qəzalə Şəkur

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar