SON XƏBƏRLƏR

İranda daha bir qadağa: "Motosiklet sürən qadınlara qarşı ciddi tədbir görüləcək”- Yol polisinin rəisi

2021.10.20, 10:28
İranda daha bir qadağa: "Motosiklet sürən qadınlara qarşı ciddi tədbir görüləcək”- Yol polisinin rəisi

Gunaz.tv

O deyib ki, İran İslam Respublikasında motosiklet sürücülük vəsiqələrində yalnız kişilərin adları qeydə alınır və bu səbəbdən qadınların mosiklet sürməyə haqqı yoxdur.


“Qadınların motosiklet sürməsi qaydalara ziddir və qanunu pozan bu kimi qadınlara qarşı ciddi tədbir görüləcək. 


Əgər qadınlar motosiklet süeücülük vəsiqəsindən istifadə etmək istəsələr, o zaman qanuna düzəliş edilməli və buna icazə verilməlidir. Bu isə bizim səlahiyyətimzdə deyil.

Daha doğrusu Daxili İşlər Nazirliyi bu işə baxmalı, barəsində qərar verməlidir”, -deyə İran hüquq mühafizə qüvvələrinin Yol Polisi İdarəsinin rəisi Kamal Hadifər bildirib.


Qeyd edək ki, İran İslam Respublikasında qadınların ictimai yerlərdə velosiped və motosiklet sürməsi qadağan olsa da, vaxtaşırı Tehranda və digər şəhərlərdə qadağaya məhəl qoymayaraq vlosiped və ya motosiklet sürən qadınların, o cümlədən də gənc qızların polis və “Bəsic” qüvvələri tərəfindn həbs olunması barədə məlumatlar yayılır. 


İran hakimiyyətində təmsil olunan axundlar və “ayətullah”lar isə hesab edirlər ki, qadınların ictimai yerlərdə və kişilərin gözü qarşısında velosiped və ya motosiklet sürməsi əxlaqsızlığa yol açar, cəmiyyətin pozulmasına gətirib çıxarar. 

رئیس پلیس راهور ناجا: امروز و فردا جاده ای یکطرفه نخواهد شد

                                   İranda Yol Polis İdarəsinin rəisi Kamal Hadifər 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar