SON XƏBƏRLƏR

İranda yol qəzalarında ölənlərin sayı 27 Avropa ölkəsi ilə eynidir

2022.05.12, 09:22
İranda yol qəzalarında ölənlərin sayı 27 Avropa ölkəsi ilə eynidir

Gunaz.tv

Müqayisəyə əsasən İranda yol qəzalarında ölənlərin ümumi sayı Avropa Birliyi ölkələrində eyni hadisələrdə həyatını itirənlərin sayı ilə bərabərlik edir.

Avropa Birliyinin Statistika Mərkəzinin açıqladığı hesabata görə, 2020-ci ildə birliyin üzvü olan onlarla ölkədə yol qəzalarında ölənlərin ümumi sayı 18786 nəfər olub.

İran Yol Polisi və Tibbi Ekspertiza Mərkəzinin verdiyi məlumatda isə eyni müddətdə bu ölkənin yollarında həyatını itirənlərin sayı ortalama 17 min nəfərə bərabərdir.

Avropa Birliyinə üzv olan 27 ölkənin cəmiyyətinin sayı 447.2 milyon nəfər, İran cəmiyyətinin isə ortalama 85 milyon nəfər olduğunu nəzərə alsaq bu ölkədə yol qəzalarında ölənlərin sayı cəmiyyət nisbətinə görə dəhşətli dərəcədə çoxdur.

Avropa Birliyinin üzvü olan İsveçdə yol qəzalarında həyatını itirənlərin sayı hər 1 ilyon nəfərə görə 20 nəfər, İranda isə bu hər 1 milyon nəfərə görə 200.6 nəfər təşkil edir.

Qeyd edək ki, İranın avtomobil yolları dünyanın ən ölümcül yolları arasında yer alır.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.

Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar