SON XƏBƏRLƏR

İranda öyrəncilərin etiraz aksiyaları davam edir

2022.10.04, 10:14
İranda öyrəncilərin etiraz aksiyaları davam edir

Gunaz.tv

Tehran, Urmu, Təbriz, Yəzd, İsfahan, Kərəc, Zəngan və başqa şəhərlərdə hakimiyyətin təzyiqlərinə və təhsil nazirliyinin xəbərdarlıqlarına baxmayaraq öyrəncilərin aksiyaları davam edir.

Bir sıra universitetlərdə, o cümlədən Tehranın "Əllamə Təbatəbayi" universitetində qız öyrəncilər qadın hüquqlarının pozulmasına və hökumətin tətbiq etdiyi məcburi hicaba qarşı etiraz edib.

Onlar baş prtüklərini açıb və oğlan öyrəncilərlə birlikdə aksiyaya qoşulublar.

Bununla yanaşı oktyabrın 4-də orta məktəb şagirdləri də universitet öyrəncilərinin aksiyaları ilə eyni vaxtda dərsləri boykot edib və məktəb ətrafı küçələrdə şüarlar səsləndiriblər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar