SON XƏBƏRLƏR

İrandan Türkiyəyə quru yoldan səfərə qadağa qoyulub

2021.12.27, 11:09
İrandan Türkiyəyə quru yoldan səfərə qadağa qoyulub

Gunaz.tv

İranın Avtomobil Yolları Təşkilatının Beynəlxalq Daşımalar üzrə baş direktoru Cavad Hidayati dekabrın 26-da mediaya açıqlamasında Türkiyə ilə bütün sərhəd keçid qapılarının bağlandığını və bu ölkəyə quru yoldan səfərə müvəqqəti olaraq qadağa qoyulduğunu bildirib.

“Növbəti xəbərdarlığa qədər yalnız diplomatlar, tələbələr və ikili vətəndaşlığı olan şəxslər Türkiyəyə səfər edə biəcəklər”, -deyə Cavad Hidayəti bildirib.

Həmçinin İranda Koronavirusa qarşı Mübarizə Qərargahının dekabrın 25-də qəbul etdiyi qərarına görə, səkkiz Afrika ölkəsinin, yəni Botsvana, Namibiya, Svazilend, Lesoto, Mozambik, Zimbabve, Malavi və Cənubi Afrika Respublikası vətəndaşlarının, eləcə də dörd Avropa ölkəsi olan Böyük Britaniya, Fransa, Norveç və Danimarka vətəndaşlarının 15 gün müddətinə İrana səfərinə qadağa qoyulub.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin dekabrın 26-da yaydığı bəyanatında bildirilir ki, İranın Tehran, Məşhəd və Babol şəhərlərində, eləcə də Hormozqan əyalətində “Omikron” virusuna 14 yoluxma halı aşkarlanıb.

default

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar