SON XƏBƏRLƏR

İranlı axund: “Bu millət bütün sanksiyaların ləğv olunmasından başqa heç nəyi qəbul etməyəcək”

2021.12.03, 13:10
İranlı axund: “Bu millət bütün sanksiyaların ləğv olunmasından başqa heç nəyi qəbul etməyəcək”

Gunaz.tv

İranın Vayana danışıqlarına “çox təcrübəli” bir nümayəndə heyətini göndərdiyini iddia edən axund Xatəmi Qərblə müzkirə aparan İran nümayəndə heyətinə qarşı tərəfə hər hansı bir imtiyaz verilməsi barədə xəbərdarlıq edib.

“Vyanaya göndərilən nümayəndə heyətimiz ölkənin mövqeyini şəffaf və açıq şəkildə bəyan edib, Amerika zidd mövqelərinin həm dildə, həm də əməldə göstəriblər.

Mən, Qərblə nüvə danışıqları aparan İran nümayəndə heyətinin üzvlərinin hər tək-təkinə deyirəm ki, siz öz ideyaları üstündə duran igid bir millət nümayəndələrisiniz. 

Qarşı tərəflə müzakirə apararkən bilin ki, bu millət ölkəmizə qarşı tətbiq edilən bütün sanksiyaların ləğv olunmasından başqa heç nəyi qəbul etməyəcək”, -deyə Tehran cümə namazının dönəm başqanı axund Əhməd Xatəmi bu gün Tehranda namaz xütbələrindəki çıxışında Vyana müakirələrindən danışarkən bəyan edib. 

Qeyd edək ki, İranla Qərb arasında nüvə razılaşmasının dirçəldilməsi üçün Vyanada aparılan danışıqların təyinedici 7-ci mərhələsinə noyabrın 29-da start verilib.

A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar