SON XƏBƏRLƏR

İranlı deputat: “Yanacaqdoldurma məntəqələrinə kiber-hücum xarici qüvvələrin ölkəyə nüfuzu üzündən baş verib”

2021.11.01, 12:41
İranlı deputat: “Yanacaqdoldurma məntəqələrinə kiber-hücum xarici qüvvələrin ölkəyə nüfuzu üzündən baş verib”

Gunaz.tv

O, oktyabrın 31-də mediaya açıqlamasında deyib ki, ölkənin 4300 yanacaqdoldurma məntəqəsinin işinin dayandırılmasının mənşəyi böyük ehtimalla xarici qüvvələrin ölkədəki nüfuzu ilə bağlı ola bilər.


“Bu bir ehtimaldır, lakin bu müdaxilənin hələlik yüz faiz ölkə daxilindən və ya xaricdən həyata keçirilməsini sübut edən kifayət qədər dəlil-sübutlar yoxdur. 


Bəziləri hesab edir ki, ölkənin yanacaq doldurma sisteminin işinə xələl gətirilməsinin mənşəyini xaricdə axtarmaq lazımdır. Bəziləri də deyirlər ki, yerli infrastrukturların mövcudluğunu nəzərə alaraq, sistemə müdaxilənin mənşəyi daxili nüfuzla əlaqədar ola bilər”, -deyə, Mahmud Abbaszadə Meşkini bildirib. 


Xatırladaq ki, oktyabrın 26-da İranda kiber-hücum nəticəsində paytaxt Tehranda və digər şəhərlərdə fəaliyyət göstərən 4300 yanacaq doldurma məntəqəsinin işinə xələl gətirilib. 


İran rəsmiləri kiber-hücumun mənşəyi və səbəbi barədə müxtəlif frikirlər səsləndirsələr də, hücumun İsrail tərəfindən həyata keçirilməsi təxmin edilir.

c3410000-0aff-0242-afc7-08d99a0a300d_cx0_cy10_cw0_w1023_r1_s.jpg

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar