SON XƏBƏRLƏR

İranlı deputat: “İran və Səudiyyə Ərəbistanı səfirlikləri yenidən açmağa hazırlaşırlar”

2022.01.15, 13:54
İranlı deputat: “İran və Səudiyyə Ərəbistanı səfirlikləri yenidən açmağa hazırlaşırlar”

Gunaz.tv

Deputat öz paylaşımında diplomatik əlaqələri yenidən bərpa etmək üçün iki ölkənin Bağdadda apardığı danışıqların detallarına toxunmadan bildirib ki, rəsmi Tehran və Ər-Riyad hər iki ölkənin paytaxtlarında səfirliklərini yenidən açmaq niyyətindədirlər.

“Regionun iki mühüm ölkəsi olan İran və Səudiyyə Ərəbistanı arasında əlaqələr yenidən bərpa edilir və hər iki ölkə bir-birinin paytaxtlarında öz səfirliklərini açılmağa hazırlaşırlar.

 Bunun isə regional gərginliyin azaldılmasında və qlobal birliyin gücləndirilməsində mühüm təsiri var”, -deyə İran parlamentinin deputatı Cəlil Rəhimi Cahanabadinin “Twitter”də etdiyi paylaşımında bildirilir. 

Qeyd edək ki, İrana Səudiyyə Ərəbistanı aralarındakı diplomatik əlaqələri yenidən normallaşdırmaq üçün İraq hökumtinin  vasitəçiliyi ilə Bağdadda danışıqlarını davam etdirirlər.

Xatırladaq ki, Tehranla Ər-Riyad münasibətləri 2016-cı ilə Səudiyyə Ərəbistanında İrana casusluqda, İran meyilli yerli şiələri zorakılığa təşviq etməkdə günahlandırılan ekstremist şiə axundu axund “Şeyx Nəmər Baqir əl-Nəmər”in edam olunmasının ardınca Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan və bu ölkənin Məşhəddəki konsulluq binasının yandırılmasından sonra kəsilib.

⁧‫سفارتخانه‌های ایران و عربستان در حال آماده شدن برای بازگشایی است

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar