SON XƏBƏRLƏR

İranlı deputatdan rəsmi Bakıya xəbərdarlıq: “Azərbaycan hökuməti şübhə doğuran hərəkətlərdən əl çəkməlidir”

2021.10.20, 07:36
İranlı deputatdan rəsmi Bakıya xəbərdarlıq: “Azərbaycan hökuməti şübhə doğuran hərəkətlərdən əl çəkməlidir”

Gunaz.tv

Öz açıqlamasında Azərbaycan hökumətini bir sıra “İrana zidd” addımlar atmaqda, o cümlədən də İrandan Ermənistana əmtəə daşınmasına mane olmaqda günahlandıran deputat deyib ki, İran sərhədlərinin obiri tayında baş verən bəzi “şübhəli hərəkətləri” diqqət mərkəində saxlayır və buna görə də Azərbaycan hökumətinə xəbərdarlıq edir.


“Azərbaycanın Pakistan və Türkiyə ilə birgə keçirdiyi hərbi təlimlər nigatanlığa səbəb olub və İran dost və qardaş Azərbaycan ölkəsindən bunu gözləməzdi. 


Azərbaycan, Pakistan və Türkiyə hökumətlərinin birgə keçirdiyi hərbi təlimlər hər hansı bir ad altında keçirilsə də, dünyanın təhlükəsizlik və hərbi dairələri ona başqa gözlə baxacaqlar. Hesab edirik ki, rəsmi Bakı bəzi hərəkətlərdə diqqətli olmalıdır. Çünki sionist rejimi kimi bəzi düşmənlər regiondakı stabilliyi pozmaq niyyətindədirlər.


Bizim Pakistan və Türkiyədən də gözləntimiz odur ki, əgər bölgədə hansısa bir hərəkət etmək istəyirlərsə, bunu İran İslam Respublikasının razılığı ilə etməlidirlər. 


Ermənistan müstəqil bir ölkədir və İran İslam Respublikasının da region ölkələri ilə ticari əlaqələri və mübadiləsi var. Elə buna görə də hesab edirik ki, rəsmi Bakı bölgədə problem yaratmaq istəyən ölkələrə bəhanə verməmək üçün son hərəkətlərinə yenidən baxmalıdır, çünki bunun baş ağrısı Bakının özü üçün arta bilər.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar