SON XƏBƏRLƏR

"İran xalqının əksəriyyəti narazıdır, bu cür idarə etmək olmaz"-İranlı din xadimi

2022.12.16, 14:14
"İran xalqının əksəriyyəti narazıdır, bu cür idarə etmək olmaz"-İranlı din xadimi

Gunaz.tv

İranın Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhəri və Məkki məscidinin cümə imamı süüni din xadimi Moləvi Əbdülhəmid Tehran rejiminə xəbərdarlıq edib.

"Narazı xalqa hökumət etmək olmaz və bu gün İran xalqının əksəriyyəti narazıdır",-deyə, o bildirib.

Əbdülhəmid hazırda İranın pul vahidi riyalın dünyada ən dəyərsiz pula çevrildiyini deyib və ölə əhalisinin gözü qarşısında sərvətlərin talanmasının narahatlıq doğurduğunu qeyd edib.

Dekabrın 16-ı cümə namazı çıxışı zamanı sünni din xadimi bir daha ölkədə ayrı-seçkilik siyasətinin yürüdüldüyünü dilə gətirərək, qanunların hamı üçün yni dərəcədə şamil edilmədiyni bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar