SON XƏBƏRLƏR

İranlı general: “Düşmənlərimiz bilsin ki, mənafeyimizi təhdid etsələr, bizim cavabımız sərhədlərlə məhdudlaşmayacaq”

2021.11.09, 13:52
İranlı general: “Düşmənlərimiz bilsin ki, mənafeyimizi təhdid etsələr, bizim cavabımız sərhədlərlə məhdudlaşmayacaq”

Gunaz.tv

  İran ordusunun son bir neçə gündə körfəzdə keçirdiyi “Zülfüqar 1400” adlı hərbi təlimlərinin “uğurla” başa çatdığını iddia edən Əbdülrəhim Musəvi dedib ki, İranın silahlı qüvvələri regionun, o cümlədən də körfəzin təhlükəziliyini qorumağa qadirdir.


O həmçinin İsraillə diplomatik əlaqələrini normallaşdıran körfəzdəki ərəb ölkələrini təhdid edərək, onların səhv yola olduğunu bildirib.


“Regionda yadelli qüvvələrlə, o cümlədən sionist rejimi ilə koalisiya yaratmaqla öz təhlükəsizliklərini qotuyacaqlarını düşünənlər və onların evimiz olan regionumuzdakı varlığına şərait yaradanlar böyük səhvə yol verirlər. Bu səhv addımın tüstüsü isə onların öz gözlərinə gedəcək. Ümid edirəm ki, onlar bir gün çox gec olmayan bu işlərindən peşman olacaqlar.


Düşmənlərimiz bilsinlər ki, əgər mənafeyimizi təhdid etsələr, bizim onlara cavabımız sərhədlərlə məhdudlaşmayacaq. Daha doğrusu, əgər onlar bizim maraqlarımızı təhdid etsələr, biz də harda olmasından asılı olmayaraq onların mənafeyini təhdid edəcəyik. 


Lakin buna baxmayaraq, biz region ölkələri və öz qardaşlargımız üçün əmin-amanlıq hədiyə edəcək, hər hansı bir təhdid qarşısında millətimizin maraqlarını qorumağa hazırıq”, -deyə İran ordusunun baş komandnı general-mayor Əbdülrəhim Musəvi bildirib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar