SON XƏBƏRLƏR

Güneyli idmançı Rusiyanın təcavüzünə etiraz etdiyi üçün komandadan qovuldu

2022.03.11, 04:44
Güneyli idmançı Rusiyanın təcavüzünə etiraz etdiyi üçün komandadan qovuldu

Gunaz.tv

Qeyd edək ki,  həm də İranın milli yığmasının üzvü 27 yaşlı Məhsa Kəmali Güney Azərbaycanın Zəngan şəhərində dünyaya gəlib və Azərbaycan türküdür. 

O, bundan öncə 2018-ci ildə Asiya Futzal Yarışlarında İranın qadınlardan ibarət futzal komandasının birinci yeri tutmasındakı roluna görə mükafatlandırılmışdı.

Xanım idmançının Rusiyanın Ukraynaya təcavüzünü pisləyən şüarı klub rəhbərliyinin acığına gəlib və onlar belə halların yolverilməz olduğunu deyiblər.

“Mis-i Rəfsəncan” klubu məsələ ilə bağlı bəyanat yayıb və oyunçunun qovulmasını onun klub qaydalarına zidd olaraq siyasi hərəkət etməsi göstərilib.

Son günlər başda İranın ali rəhbəri Əli Xamneyi olmaqla İran rəsmiləri, o cümlədən prezident İbrahim Rəisi və başqa vəzifəlilər Ukraynadakı mövcud vəziyyətə münaisbət bildiriblər.
 

Onlar Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb, Amerikanı “şeytan” adlandırıblar.

İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb.

C.E 
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar