SON XƏBƏRLƏR

150 min İran vətəndaşı Van şəhərinə səfər edib

2022.07.08, 09:47
150 min İran vətəndaşı Van şəhərinə səfər edib

Gunaz.tv

Onun dediyinə görə, yeni ilin ilk altı ayında 150 min İran vətəndaşı bu şəhərə səfər ediblər.

Sənaye və Ticarət Palatasının İdarə Heyətinin başçısı iranlıların Vana səfərlərinin çox olduğu üçün kömrük keçid məntəqəsinin fəaliyyətinin 24 saat davam etməsi barədə razılığıa gəlindiyini deyib.

Səyahət turu ilə Vana gələn iranlı turistlərdən Məryəm Kərimi bu şəhərdə olmaqdan şad olduğunu ifadə edib.

"Gözəl ticarət mərkəzləri və qiymətlər İstanbul və digər şəhərlərlə müqayisədə daha münasib və keyfiyyətlidir. Biz İranda daəsasən türk mallarını almağa üstünlük veririk"-deyə, o bildirib.

Qeyd edək ki, iyunun 20-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin saytında dərc olunan yeni statistikanın təfərrüatları göstərir ki, 2022-ci ilin ilk beş ayı ərzində Türkiyəyə ümumilikdə 840 min iranlı turist gedib.

İranlılar bu müddət ərzində Türkiyədə 3897 mənzil alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 63% artım deməkdir. 

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar