SON XƏBƏRLƏR

İran Müəllimlər Birliyinin üzvü və ictimai fəal aclıq aksiyası keçirir

2022.06.01, 09:46
İran Müəllimlər Birliyinin üzvü və ictimai fəal aclıq aksiyası keçirir

Gunaz.tv

O, qanuni məzuniyyətinə və müalicəsinə icazə verilmədiyi üçün aclıq aksiyası keçirir.

Həbsdə olan müəllim mədə qanaxması və mədə-bağırsaq traktından kəskin əziyyət çəkdiyi halda, həbsxana rəsmiləri onun həbsxanadan kənar tibb müəssisələrinə göndərilməsinin qarşısını alırlar.

Mayın 12-də mədəniyyət və təhsil işçilərinin etiraz aksiyasında həbs olunan Əmirzadeqan bundan öncə məhkum edildiyi bir il həbs cəzasını çəkmək üçün Adilabad zindanına köçürülüb.

Onun həbs cəzası ilə yanaşı azadlığa buraxıldıqdan sonra iki il müddətinə ictimai və sosial mediadakı fəaliyyətlərdən məhrum edilməsi barədə qərar çıxarılıb.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar