SON XƏBƏRLƏR

İranlı mühacirlər Avropa Parlamentinin qarşısında aksiya keçirdi

2023.01.17, 10:24
İranlı mühacirlər Avropa Parlamentinin qarşısında aksiya keçirdi

Gunaz.tv

Nümayişçilər Tehran rejiminin repressiyalarını pisləyib və AP-nin İran İnqilab keşikçiləri Korpusunu terrorçu qruplaşmalar siyahısına salmasını istəyiblər.

Aksiyaçılar qarşısında çıxış edən Avropa Parlamentinin başçısı Roberta Metsulanın İrana qarşı daha qəti addım atılmasını istəyib və Tehran rejiminin cinayətlərinin cavabsız qalmamasına təkid edib.

"Qadın, həyat, azadlıq fəryadınız dünyanın hər yerində eşidilib. Siz tarixin doğru tərəfindəsiniz və tarix yaradan olacaqsınız. Avropa Parlamenti isə sizin tərəfinizdədir", - deyə, Metsula bildirib. (Axar.az)

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar