SON XƏBƏRLƏR

İranlı millət vəkilləri etirazçılara qarşı sərt cəza tələb edib

2023.01.25, 10:46
İranlı millət vəkilləri etirazçılara qarşı sərt cəza tələb edib

Gunaz.tv

Parlament üzvləri son bir neçə ay ərzində baş verən etiraz aksiyalarının sistemə qarşı təhdid olduğunu bildiriblər.

Onlar Tehran rejmindən etirazçılara qarşı sərt cəza tədbirləri tətbiq etməyi və hakimiyyətin gücünü göstərməsini istəyiblər.

Qeyd edək ki, bundan öncə 2022-ci ilin noyabr ayının sonunda da iranlı millət vəkilləri oxşar tələblə çıxış etmişdilər.

Parlament üzvləri yeni layihə təqdim edərək etirazçıları “düşmən” adlandırdıqları ölkələrlə əməkdaşlıq etməkdə ittiham edib və onlara qarşı məhkəmə hökmlərinin ağırlaşdırılmasını istəmişdilər.

Layihə “ölkənin milli təhlükəsizlik və maraqlarına zidd hərəkətlərlə düşmən dövlətlərlə əməkdaşlıq edənlərin cəzasının gücləndirilməsi” adlanır.

Orada deyilir ki, casusluq və ya düşmən dövlətlərlə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə ölkənin təhlükəsizliyinə və ya milli maraqlarına zidd olan əməkdaşlıq, ölüm hökmünü ehtiva edən “yer üzündə fəsad” hesab edilir.

Bu plan Qərb institutları və mediası ilə istənilən ünsiyyəti və hətta sosial şəbəkələrdəki fəaliyyətləri risk altında qoyur.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar