SON XƏBƏRLƏR

İranlı molla: "Putin Xameneyi qarşısında özünü məktəbli kimi apardı"

2022.07.23, 08:25
İranlı molla: "Putin Xameneyi qarşısında özünü məktəbli kimi apardı"

Gunaz.tv

Seyid Əhməd Hüseyni Xorasani Rusiya prezidentini Xameneyi qarşısında dayanmış "məktəbli uşağa" bənzədıb. 

O, deyib ki, Vladimir Putin Əli Xameneyi ilə görüşdə özünü təcrübəli müəllim qarşısında ədəbli şagird kimi aparıb.

"Dünyanın fövqəldövlətinin iddiaçılarından olan Putin öz davranışı ilə başqa dünya liderləri kimi təqva ilə dolu İran rəhbəri qarşısında müəyyən nəzakət, təvazökarlıq nümayiş etdirib, təcrübəli və fədakar müəllim qarşısında özünü ibtidai məktəb uşağı kimi apardı"-deyə, Seyid Əhməd Hüseyni Xorasani bildirib.

Qeyd edək ki, xüsusilə son illər Əli Xaməneyi barədə yaradılan imic dağılmaqda, ona qarşı bir başa şüarlar səsləndirilməkdə, hakim duruma görə ittiham edilməkdədir.

Bundan narahat olan hakimiyyət müxtəlif vasitələrlə onun nüfuzunu qaldırmağa, prezident və başqa hökumət rəsmilərini etirazçıların hədəfinə çevirməyə çalışırlar.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar