SON XƏBƏRLƏR

İranlı prodüser cinsi təcavüzə etiraz edən qadın sənətçilərin şallaqlanmasını təklif edib

2022.07.09, 06:53
İranlı prodüser cinsi təcavüzə etiraz edən qadın sənətçilərin şallaqlanmasını təklif edib

Gunaz.tv

Kino sahəsində cinsi təcavüzə ilə mübarizə zərurəti haqda təklifdən danışan Hüseyn Fərəhbəxş tənzimləmə layihəsini imzalayan 800 qadına şallaq cəzası verilməsini təklif edib.

Fərəhbaxşın açıqlaması İran kinosunda fəaliyyət göstərən qadınların keçən həftənin əvvəlində qanuni tənzimləmə layihəsi və "Sinema evi"nin  idarə heyətinin şantaj, şidət və cinsi təcavüzə qarşı bəyanatından sonraya təsadüf edir.

Qeyd edək ki, bu ilin aprel aprel ayında İranda kino sahəsində çalışan onlarla qadın cinsi təcavüzə, şiddətə və iş mühitində cinsi istismara məruz qalmalarına etiraz edib və buna hüquqi qiymət verilməsini istəmişdilər.

"Biz iş yerində hər hansı zorakılıq, təqib və cinsi təcavüzü pisləyir, onu dayandırmaq üçün qanunu pozanların ciddi cəzalandırılmasına çağırırıq.

Son aylarda qadınların cinsi zorakılığa qarşı bir hərəkat olaraq göstərdikləri səylər çərçivəsində kino mühitində qadınların təcavüz və istismar olunması ilə bağlı məsələlər qaldırılıb"-deyə, çox sayda qadının imzaladığı bəyanatda yazılıb. 

Buna cavab olaraq İranın mədəniyyət naziri qadın sənətçiləri haqsız çıxararaq, problenin səssiz və ictimailəşdirilmədən həll olunmasının tərəfdarı olduğunu bildirmişdi.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar