SON XƏBƏRLƏR

Tanınmış reper Tomac Salehi edam edilə bilər

2022.11.27, 12:55
Tanınmış reper Tomac Salehi edam edilə bilər

Gunaz.tv

Baş hakim Əsədullah Cəfəri mediaya verdiyi açıqlamada reperə qarşı bir neçə ittihamın irəli sürüldüyünü deyib.

O, bildirib ki, Tomac salehi "yalan məlumatlar vasitəsilə yer üzündə fəsad yaymaq", "hökumətə qarşı təbliğat, qanunsuz qruplar yaratmaq və onlara başçılıq etmək", "düşmən dövlətlə əməkdaşlıq etmək", "saxta informasiyalarla ictimai fikri çaşdırmaq" və "vətəndaşları zorakı əməllərə sövq və təhrik etmək"də ittiham olunub.

Bu ittihamlar İranda ən ağır ittihamlar sırasındadır və müttəhimin edam edilməsi ilə nəticələnir.

Etirazçı müğənni, reper Tomac Salehi oktyabrın 30-da İran təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Tomac Salehi bundan öncə də fəaliyyətləri və oxuduğu etiraz məzmunlu mahnılarına görə saxlanılıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar