SON XƏBƏRLƏR

İranla Körfəz Əməkdaşlıq Şurası arasında gərginlik artıb

2022.06.03, 07:59
İranla Körfəz Əməkdaşlıq Şurası arasında gərginlik artıb

Gunaz.tv

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə məsələ ilə bağlı verdiyi açıqlamada ərəb ölkələrinə bu barədə rəy verəcək səviyyədə olmadıqlarnı deyib.

O, Əməkdaşlıq Şurasının bu bəyanatını yersiz adlandıraraq ərəb ölkələrini İranın diplomatik hərəkətlərini etibarsız etmək cəhdi kimi dəyərləndirib.

İran XİN sözçüsü körfəz ətrafındakı ərəb ölkələrini Amerikanın silah anbarı adlandırıb və onların İranın raket proqramları və başqa bu kimi məsələlərinə müdaxilə etmək səlahiyyətində olmadıqlarını deyib.

Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri iyunun 1-də İrannın raket proqramı və dəniz təhdidləri ilə bağlı ciddi tədbirlər görməyə çağırıblar.

Onlar İran bölgədə, o cümlədən Yəməndə sabitliyi pozan davranışının qarşısının alınmasının, terrorizm və silahlılara dəstəyinin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

“Şuraya üzv olan dövlətlər İranın nüvə problemi ilə bağlı danışıqlarda və bu məsələ ilə bağlı bütün regional və beynəlxalq toplantılarda iştirak etməlidirlər”-deyə, Körfəz Əməkdaşlıq Şurasının bəyanatda qeyd olunub.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar