SON XƏBƏRLƏR

İranla Rusiya arasında 20 illik strateji sənəd Rəisinin Moskavaya səfərində imzalanacaq

2021.12.25, 12:32
İranla Rusiya arasında 20 illik strateji sənəd Rəisinin Moskavaya səfərində imzalanacaq

Gunaz.tv

Bu barədə İranın “İrna” agentliyi dekabrın 24-də Rusiya Müdafiə Nazirliyinə məxsus bir telekanalın yaydığı xəbərə istinadən məlumat yayıb.

Bildirilir ki, İranla Rusiya arasında imzalanacaq yeni sazişinin əsas maddələrindən biri, hər iki ölkənin hərbi və texniki-hərbi sahədə birgə əməkdaşlığı barədədir.

Rusiya prezidenti Vladimir Putin üç həftə əvvəl iranlı həmkarı İbrahim Rəisini 2022-ci ilin əvvəllərində Moskvaya rəsmi səfərə dəvət etsə də, səfərin dəqiq tarixi hələlik bəlli deyil.

İran rəsmiləri hər iki ölkə arasında imzalanacaq sənədin İranla Çin arasında birgə əməkdaşlıq üçün nəzərdə tutulan və ölkə daxilində geniş etirazlarla qarşılanan 25 illik sənədə oxşar olduğunu bildirirsələr də, İrandakı sosial şəbəkə istifadəçiləri həmin sənədi “İranın Çinə satışı” sənədi adlandırırlar.

Bildirilir ki, İranın Çin və Rusiya ilə birgə əməkdaşlıq haqqında uzunmüddətli sənədlər imzalamağa hazırlaşması, son illər İran lideri Əli Xamneyinin artıq islam respublikasının əsas xarici siyasətinə çevrilmiş “Şərqə baxış” siyasəti çərçivəsində aparılır. 

Qeyd edilir ki, İran və Rusiyanın 2000-ci ildə 20 illik strateji əməkdaşlıq barədə sənəd imzalasalar da, sənədin müddəti 2021-ci ilin martında başa çatıb.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar