SON XƏBƏRLƏR

İranla Azərbaycan arasında daha iki sərhəd-keçid məntəqəsi açılacaq

2022.02.11, 10:33
İranla Azərbaycan arasında daha iki sərhəd-keçid məntəqəsi açılacaq

Gunaz.tv

Bu sözləri İranın Azərbaycandakı səfiri Abbas Musəvi keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, İran üçün qonşularla əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır: “İranın yeni prezidenti seçildikdən sonra 3 xarici səfər həyata keçirib ki, bu da ancaq qonşu ölkələrə edilib.

Cənab Rəisinin Aşqabad səfəri çox mühüm olub ki, bu görüş zamanı o cənab İlham Əliyevlə görüşüb və bu görüşdə faydalı danışıqlar aparılıb. 

Bu görüş iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi hesab olunub. İki ölkə beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edir və bir-birlərinin mövqelərini dəstəkləyirlər. 

Ümidvaram ki, əlaqələrin inkişafı bu səviyyədə davam edəcək”.

Onun sözlərinə görə, rəsmi məlumatlara əsasən, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 30 faiz artaraq, 400 milyon dollar təşkil edib. Bu zaman Azərbaycanın İrana ixracı 11 faiz artıb. Səfir bu statistikanın 2 ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini əhatə etmədiyinə diqqət çəkib. 

O, bildirib ki, yaxın gələcəkdə hökumətlərarası komissiyanın iclasının keçirilməsi planlaşdırılır, bu iclasda iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur. “Biz çox şadıq ki, Azərbaycan torpaqları işğaldan azad edildi. 

İşğaldan azad edilmiş torpaqlarda iki ölkə arasındakı əməkdaşlıq mühüm məsələlərdən biridir”, deyə səfir vurğulayıb.

Səfir əlavə edib ki, işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işlərində əməkdaşlığa hazırdırlar: “Bu məsələ İranın rəsmi şəxsləri ilə görüşlərdə müzakirə olunub. Yenidənqurma işlərində İran şirkətləri böyük təcrübəyə malikdir.

Biz çalışırıq ki, qısa zamanda İran şirkətləri bu ərazilərdə yenidənqurma işlərinə qoşulsun”.

Abbas Musəvi ölkələrimiz arasında daha iki sərhəd- keçid məntəqəsi açılacağını dilə gətirib: “Bunlardan biri Xudafərin, digəri isə Parsabaddır. Bununla əlaqələr və gediş-gəliş bir qədər də inkişaf edəcək”. (musavat.com)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar