Fransız deputat: “Fransa həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”

19.10.2021, 12:16

“Mən millət vəkiliyəm və Fransa Milli Assambleyasının Milli Müdafiə Komitəsinin üzvüyəm. Fransa ilə Azərbaycan arasındakı dostluğu vurğulamaq və münaqişələr zamanı Fransanın mülki əhalinin humanitar müdafiəsinə sadiqliyini bir daha təsdiqləmək üçün Azərbaycana səfər etmişəm. 

Gunaz.tv Quote | Gunaz article

Müdafiə komitəsinin üzvü kimi onu da qeyd etməliyəm ki, Azərbaycanla Ermənistan arasında münaqişə Fransada xüsusi maraqla öyrənilir və araşdırılır. Strateji və hərbi baxımdan biz bu münaqişədən dərs çıxarmalıyıq”.

Bunu Fransa Milli Assambleyasının Milli Müdafiə Komitəsinin üzvü, deputat Fabien Gouttefarde deyib.

O bildirib ki, biz gələcəyə baxmalı və parlamentlərimiz arasında əlaqələr qurmalıyıq.

F. Gouttefarde qeyd edib ki, qətnamələr, xüsusən də Fransa Senatının qətnamələri Qarabağdakı əhali ilə bağlı narahatlığı ifadə edib, çünki Fransa və fransızlar İraq və Suriyada xristian əhali ilə bağlı baş verənləri xatırlayırdı.

“Onu da demək istəyirəm ki, mən bu qətnaməyə səs verməmişəm və bu qətnamələr Fransa diplomatiyasına təsir etmir, hökumətimizin mövqeyini əks etdirmir. Buna görə biz komissiya ilə indi buradayıq. Fransa bütün oyunçularla danışmaq imkanına malik olmalıdır.

Fransa regionda özünü tarazlaşdırıcı qüvvə sayır. Hesab edirəm ki, Azərbaycan da ona uzanan əli tutmaqda maraqlıdır, çünki Fransa həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”, - deyə o bildirib.

F. Gouttefarde son vaxtlar Fransa ilə ABŞ arasında müşahidə olunan münasibətlərə də toxunub.

O, Fransanın iki vacib mesajının olduğunu bildirib: “Birincisi, biz hesab edirik ki, müttəfiqlər arasında belə davranış olmamalıdır və biz Avstraliya, ABŞ və Britaniya ilə müttəfiqiyik. Biz bilirik ki, dünyanın oxu və marağı Asiyaya doğru hələ də inkişaf edir, lakin Sakit Okeanda güc olan Fransaya da bu maraq var. 

Fransa indi Avropa səviyyəsində daha böyük suverenliyə nail olmaq istəyir, Fransanın Avropa səviyyəsində, xüsusən müdafiə sahəsində səriştəsi mövcuddur. Bu istiqamətdə təkliflər yanvarın 1-də Fransanın Aİ-ydə sədrliyi başladığı dövrdə təqdim edilməlidir”. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda dolların məzənnəsi yenidən rekord qırdı: 1 dollar 30 min 270 tümən

2021-12-05

gun az article

İranın Çaharmahal və Bəxtiyari əyalətində naməlum pilotsuz uçuş aparatı qəzaya uğrayıb- FOTO

2021-12-05

gun az article

İranın Nətənz nüvə təsisatı yaxınlığında güclü partlayış olub - FOTO

2021-12-05

gun az article

Qarabağda daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-12-05

gun az article

İraqda 5 terrorçu zərərsizləşdirildi

2021-12-05

gun az article

Blinken və Lavrov Ukraynanı müzakirə edib

2021-12-05

gun az article

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

2021-12-04

gun az article

İranda koronavirusdan daha 58 nəfər ölüb, 2 157 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-12-04

gun az article

Əziz Səncər Şuşaya səfər edib

2021-12-04

gun az article

İranda söz azadlığının boğulması və senzuranın güclənməsi etiraz doğurdu: Yazıçılar Birliyi bəyanat yaydı

2021-12-04

gun az article

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb - RƏSMİ

2021-12-04

gun az article

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-12-04

gun az article

İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

2021-12-04

gun az article

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

2021-12-04

gun az article

İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

2021-12-04

gun az article

Zəngilanda tikilən “Ağıllı kənd”in sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq

2021-12-04

gun az article

Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb

2021-12-04

gun az article

Ali Radanın spikeri: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

2021-12-04

gun az article

İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

2021-12-04

gun az article

Cozef Bayden: "Rusiyanın “qırmızı xətt"ini” qəbul etməyəcəyik”

2021-12-04