SON XƏBƏRLƏR

Fransız nazirin bu hərəkəti qəti şəkildə pislənilməlidir - Millət vəkili

2022.01.19, 08:00
Fransız nazirin bu hərəkəti qəti şəkildə pislənilməlidir - Millət vəkili

Gunaz.tv

Bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev bildirib.

Onun sözlərinə görə, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian dünən həddini aşan bəyanatla çıxış edib:

"Belə ki, o, yanvarın 18-də Fransa parlamentində etdiyi çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin prezidentliyə namizəd Valeri Pekressin Qarabağa qanunsuz səfəri ilə əlaqədar söylədiyi haqlı fikirlərinin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib.

Bu azmış kimi Prezidentimizin əsaslı iradlarına qərəzli və öz səviyyəsinə uyğun şəkildə münasibət bildirən, daha doğrusu sərsəmləyən Respublikaçılar partiyasının deputatı Erik Siottinə adekvat cavab verməyib, əksinə, onun və Pekressin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı etdiyi açıq hörmətsizliyə haqq qazandırmağa çalışıb. 

Fransanın xarici işlər naziri Drian bununla həm beynəlxalq hüquqa, həm də diplomatik normalara kobud şəkildə hörmətsizlk edib. Çünki bu, adam yaxşı bilir ki, bir ölkənin sərhədlərini pozmaq və qanunsuz olaraq, özü də gizli şəkildə həmin ölkəyə daxil olmaq, həm beynəlxalq, həm də milli qanunlarla qadağandır və bu əməl cinayət hesab olunur".

Deputat onu da qeyd edib ki, Fransanın “baş diplomatı” ən azından həmkarlarının bu qanunsuz hərəkətlərinə etiraz etməli və ya bu addımın ölkəsinin rəsmi mövqeyinə zidd olduğunu dilə gətirməli idi:

"Xarici işlər naziri kimi o bunu etməyə sadəcə borclu idi. Ancaq o nəinki bunu etmədi, əksinə, bu qanunsuzluğa haqq qazandıraraq Azərbaycanın Prezidentinə dil uzatmağa çalışdı.

Artıq neçənci dəfədir ki, Fransa rəsmiləri bu kimi cılız hərəkətləri ilə erməni diasporunun əlində oyuncağa çevrildiklərini və beynəlxalq səviyyədə qəbul edilmiş norma və prinsiplərin onlar üçün nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdirirlər".

A.Quliyev Fransa XİN rəhbərinin bu məsuliyyətsiz bəyanatını nəinki qəbul ediməz, eyni zamanda diplomatiya və beynəlxalq hüquq adına çox böyük biabırçılıq adlandırıb:

"Fransız nazirin bu hərəkəti yerli və beynəlxalq səviyyədə qınanmalı və qəti şəkildə pislənilməlidir". (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar