SON XƏBƏRLƏR

Fransa: “Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti İrana möhkəm bir mesaj göndərməlidir”

2021.11.19, 10:58
Fransa: “Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti İrana möhkəm bir mesaj göndərməlidir”

Gunaz.tv

Noyabrın 18-də mediaya açıqlamasında o, deyib ki, MAQATE-nin İranın nüvə fəaliyyətləri ilə bağlı yaydığı son hesabatı ciddi nigaranlığa səbəb olub.

“Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti bununla bağlı İrana möhkəm bir mesaj göndərməlidir. 

Hesab edirik ki, İran İslam Respublikası vaxtı hədər vermədən dərhal MAQATE qarşısındakı öhdəliklərinin icrasına qayıtmalı, 2015-ci ildə imzalanmış nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.

Sözçü “Agentlik İrana möhkəmə bir mesaj göndərməlidir” -dedikdə konkret rəsmi Tehrana qarşı hansı bir addım atılmasının vacib olduğunu açıqlamayıb.

Xatırladaq ki, MAQATE noyabrın 17-də yeni hesabat yayaraq, İranın atom bombası istehsal etmək üçün gizli nüvə fəaliyyətini sürətləndirməsi barədə xəbərdarlıq edib.

“İranın ümumi zənginləşdirilmiş uran ehtiyatlarının həcmi təxminən 2490 kiloqrama çatıb. Bununla da demək olar ki, İran razılaşma ilə bağlı üzərinə götürdüyü öhdəlikləri mütəmadi şəkildə pozaraq, atom silahı istehsal etmək üçün lazım olan səviyyəyə yaxınlaşıb”, -deyə Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın gizli nüvə fəaliyyəti barədə yaydığı yeni hesabatında bildirilir.

صندلی هیات نمایندگی ایران در شورای حکام آژانس

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar