SON XƏBƏRLƏR

Fransa prezidenti ilə İbrahim Rəisi arasında telefon danışığı olub

2022.02.20, 03:45
Fransa prezidenti ilə İbrahim Rəisi arasında telefon danışığı olub

Gunaz.tv

Yelisey Sarayı hələ danışıqların məzmunu ilə bağlı açıqlama verməyib, ancaq İbrahim Rəisinin ofisindən verilən məlumata görə, Makron İran hökumətini Vyana danışıqlarından dərhal nəticə çıxarmağa çağırıb.

"Vyanada istənilən razılaşma sanksiyaların ləğvini, etibarlı zəmanətin verilməsini, siyasi məsələlərin və iddiaların həllini ehtiva etməlidir", - Rəisi Makronla telefon danışığında deyib.

Bundan üç həftə öncə də Makron Rəisiyə zəng edib və danışıqların sürətləndirilməsini istəmişdi.

Fransa prezidentliyinin ofisinin verdiyi açıqlamaya görə, Makron İranın nüvə proqramının siyasi həllinin vacibliyini vurğulayıb və Yəmən, Livan, Körfəz regionunda təhlükəsizlik, eləcə də İranda həbsdə olan Fransa vətəndaşlarının azad edilməsi kimi məsələləri müzakirə edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar