SON XƏBƏRLƏR

Fransa: “İranın nüvə fəaliyyətləri çox təhlükəli həddə çatıb, dərhal dayandırılmalıdır”

2021.10.23, 07:27
Fransa: “İranın nüvə fəaliyyətləri çox təhlükəli həddə çatıb, dərhal dayandırılmalıdır”

Gunaz.tv

Fransanın bu bəyanatının yayılması, Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Malinin Parisdə üç Avropa ölkəsinin nümayəndələri ilə görüşərək İran məsələsi və bu ölkənin təhlükəli nüvə fəaliyyətləri ilə danışıqlar aparması ilə eyni vaxta düşüb.


Bəyanatda deyilir ki, İran öz təhlükəli nüvə fəaliyyətlərini dərhal dayandırmalı, danışıqlar masası arxasına qayıtmalıdır.


“İranın nüvə fəaliyyətləri çox təhlükəli mərhələyə çatıb. Hesab edirik ki, İran nüvə fəaliyyətlərini dərhal dayandırılmalı, vaxtı itirmədən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə tam əməkdaşlığına yenidən başlamalıdır”, -deyə Fransa Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatında bildirilir.


Bəyanatda Robert Malinin üç Avropa ölkəsinin nümayəndələri ilə İranla bağlı apardığı danışıqların detalları açıqlanmayıb. 

 
A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar