SON XƏBƏRLƏR

Rəsmi Parisdən İrana tələb: "Fransa vətəndaşları dərhal azad edilsin"

2022.10.08, 05:30
Rəsmi Parisdən İrana tələb: "Fransa vətəndaşları dərhal azad edilsin"

Gunaz.tv

Bununla yanaşı Fransa öz vətəndaşlarına İranı mümkün qədər tez tərk etmələrini tövsiyə edib.

Rəsmi Paris bir daha vurğulayıb ki, İranda həbsdə olan iki Fransa vətəndaşı Sisil Kuller və Jak Parrinin iddia edilən “etirafları” ilə bağlı İslam Respublikasının “tam hesabat” adı altında təqdim etdikləri şeylər tamamilə yalandır.

"Bu hesabatda məcburi şəkildə alınmış saxta etiraflar var",- deyə, Fransa Xarici İşlər Nazirliyinin oktyabrın 7-i gecə saatlarında yaydığı bəyanatında bildirilib.

Qeyd edək ki, İran İslam Respublikası Radio və Televiziya Şirkətinə bağlı ərəb dilli "Əl-Aləm" telekanalı oktyabrın 6-da iki Fransa vətəndaşının məcburi etiraflarını yayıb.

Onların beş ay əvvəl “İslam Respublikasını devirmək üçün inqilaba hazırlıq işləri aparmaq məqsədilə İrana səfər etdikləri"ni iddia edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar