SON XƏBƏRLƏR

“Fransa sülh prosesində iştirak edə bilməz” –Prezident yeni vasitəçi barədə mesaj verdi

2022.11.25, 13:41
“Fransa sülh prosesində iştirak edə bilməz” –Prezident yeni vasitəçi barədə mesaj verdi

Gunaz.tv

Bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycanın əlində Fransa və Ermənistanla birgə hazırladığı ilkin mətn var. Bu sənəd tamamilə ittihamlardan ibarət olub: “Bizim təkcə Qoşulmaynlar Hərəkatında deyil, Avropa da dostlarımız var. Ona görə, bu anti-Azərbaycan qətnaməsi formal xarakteri daşıyır.

Bunları nəzərə alaraq aydındır ki, Fransa sülh prosesində iştirak edə bilməz. 

Bu bizim yox, onların günahıdır. ABŞ və Rusiya he vaxt rəsmi səviyyədə hansısa tərəfi dəstəkləməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü olmayacaq. Başqa alternativlərə baxacağıq. Baxaq görək, vasitəçi rolunu kim və hansı platformada icra edəcək“-deyə dövlət başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, Paşinyanın Makronun Brüssel görüşündə iştirakını şərt kimi irəli sürməsi “sülh danışıqlarını pozmaq cəhdidir”.

 Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar