SON XƏBƏRLƏR

Fransa SEPAH-ı terror təşkilatları siyahısına sala bilər

2023.01.11, 12:30
Fransa SEPAH-ı terror təşkilatları siyahısına sala bilər

Gunaz.tv

İranda ümumi nümayişlərin davamı və Tehran rejiminin etirazçılara qarşı repressiyalarının güclənməsi ilə eyni vaxtda İran İnqilab keşikçilərinin repressiyalardakı roluna görə, Avropa ölkələri tərəfindən terror təşkilatları siyahısına salınması gündəmdən düşmür.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Ann-Kler Legendre bildirib ki, İranda etirazların yatırılması davam etdiyinə görə, Paris İnqilab Keşikçiləri Korpusunun terror siyahısına daxil edilməsi məsələsini gündəmdə saxlayacaq.

"İranda repressiyaların davam etməsini nəzərə alaraq, Fransa Avropadakı tərəfdaşları ilə birlikdə yeni sanksiyaların tətbiqi üzərində işləyir və heç bir variantı istisna etmir", - deyə, Fransa XİN-in sözçüsü bildirib.(Axar.az)

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar