SON XƏBƏRLƏR

Fransa: “Nüvə razılaşmasının canlandırılmasına hələ çox uzun bir yol var”

2022.01.12, 10:10
Fransa: “Nüvə razılaşmasının canlandırılmasına hələ çox uzun bir yol var”

Gunaz.tv

O, bu barədə yanvarın 11-də ölkə parlamentində depuatlarla görüşündə bildirib.

Vyanadakı tərəflər arasında müzakirələrin  çox ləngidiyini bildirən Jan İv Le Drian deyib ki, İrnla aparılan danışıqların nəticə verməsi hələ çox vaxt aparacaq.

“Müzakirələr davam edir, lakin danışıqların irəliyə doğru sürəti çox azdır və ləngiyir. Bu isə tərəflər arasında uçurum yaradaraq, bütün tərəflərin xeyrinə olan bir yeni bir razılaşmanın əldə olunması şansını təhlükəyə salır. 

Baxmayaraq ki, ötən dekabr ayının sonunda danışıqlarda az bir irəliləyiş olub, lakin hesab edirəm ki, 2015-ci ildə imzalanmış nüvə razılaşmasının (“Bərcam”-ın) canlandırılmasına hələ çox uzun bir yol var”, -deyə Fransanın xarici işlər naziri Jan İv Le Drian ölkə parlamentində depuatlarla görüşündə onların Vyanadakı danışıqlar prosesi ilə verdiyi sualları cavablandırarkən bildirib.

Qərb diplomatları isə Tehranla aparılan danışıqlarda hələ həllini tapmamış bir sıra mürəkkəb məsələlərdə ixtilafların olduğunu bildirsələr də, ən uzağı gələn ayın sonuna qədər tərəflər arasında hansısa bir razılaçmanın əldə ediləcəyinə ümidvar olduqlarını bildirirlər. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar