SON XƏBƏRLƏR

Fransa və Britaniya İrana qarşı mübarizənin yollarını müzakirə edib

2022.11.08, 09:31
Fransa və Britaniya İrana qarşı mübarizənin yollarını müzakirə edib

Gunaz.tv

Böyük Britaniyanın baş naziri Rişi Sunak İslam Respublikasının hərəkətlərini Yaxın Şərq regionunda qeyri-sabitliyin səbəbi hesab etməsindən qısa müddət sonra Fransa prezidenti Emmanuel Makron İranın dünyadakı təhdidləri ilə mübarizəyə təkid edib.

Bazar ertəsi Makron Əl-Ərəbiyyə kanalına müsahibəsində deyib ki, İslam Respublikasının təhdidləri Yaxın Şərq regionundan kənara çıxıb.

Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi ilə bağlı beynəlxalq iclasında iştirak etmək üçün Misirə səfər etmiş Makron "Biz İranın dünyada təhdidləri ilə mübarizə üsulumuzu dəyişməliyik. Biz İranın təhdidləri ilə mübarizə aparmaq üçün mütəşəkkil şəkildə əməkdaşlıq etməliyik",-deyə, bildirib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar