Fransada ermənilər Azərbaycan səfirliyinə qırmızı boya atıblar –Bakı Fransaya nota verdi

03.10.2022, 21:45

Son zamanlar Azərbaycan Respublikasının Fransa Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayı artıb.

Gunaz.tv Quote | Gunaz article

Son zamanlar Azərbaycan Respublikasının Fransa Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayı artıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin XİN-ə çağırılması ilə bağlı məlumatında qeyd edilib.

Növbəti belə bir hücumun 1 oktyabr 2022-ci il tarixində gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən Səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı müqabil tərəfin diqqətinə çatdırılıb.

Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından Səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi qeyd edilib.

3 oktyabr 2022-ci il tarixində, Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib və görüş zamanı 1 oktyabr 2022-ci il tarixində Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən növbəti vandalizm aktı ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

XİN-in Mətbuat xidməti idarəsindən  verilən xəbərə görə, görüşdə son zamanlar Azərbaycan Respublikasının Fransa Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayının artdığı qeyd edilib.

Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından Səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi qeyd edilib.

Qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib.

Fransa Respublikasının səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, Səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.

Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib və Azərbaycan tərəfinin müraciətinin Fransanın səlahiyyətli orqanlarına çatdıracağını qeyd edib.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01

gun az article

Ümumdünya Terrorla Mübarizə Assosiasiyası İranı müzakirə etdi

2023-04-01

gun az article

Agentlikdə “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib

2023-03-31

gun az article

Suriyada SEPAH zabiti öldürüldü

2023-03-31