SON XƏBƏRLƏR

Fransanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb

2022.12.01, 07:17
Fransanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb

Gunaz.tv

Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasındakı bəyanatlarından və İrandakı hadisələrlə bağlı yuxarıda adı çəkilən parlamentin müdaxilə xarakterli qətnaməsinin təsdiqindən sonra Fransanın Tehrandakı səfiri Nikla Reş İran XİN-ə çağırılıb.

Qeyd edək ki, noyabrın 28-də Fransa qanunvericiləri İranda xalqların qiyamında hökumət əleyhinə nümayişçilərin zorakılıqla susdurulmasını pisləyib və Avropa hökumətlərini Tehrana daha çox təzyiq göstərməyə çağırıblar.

Fransa parlamentinin ən qüdrətli palatasının bütün üzvləri bu qətnamənin lehinə səs verib və “təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə qarşı amansız və ümumi repressiyasını” pisləyiblər.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar