SON XƏBƏRLƏR

"İranın İraqa təcavüzünü pisləyin"-Bağdad BMT-dən tələb etdi

2022.10.05, 08:35
"İranın İraqa təcavüzünü pisləyin"-Bağdad BMT-dən tələb etdi

Gunaz.tv

İraqın BMT-dəki nümayəndəsi Məhəmməd Bəhr əl-Ulum Təhlükəsizlik Şurasından ölkəsinin suverenliyini dəstəkləməyi və İranın bu ölkə ərazisinə təcavüzünü pisləməyi xahiş edib.

İraq Xəbər Agentliyinin məlumatına görə, 4 oktyabrda Bəhrul Ulum Təhlükəsizlik Şurasında İranın Kürdüstan bölgəsini bombaladığını, iraqlıları öldürdüyünü və bu bölgə xalqını dəhşətə gətirdiyini söyləyib.

İraq nümayəndəsinin çıxışı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yenidən İraqın şimal bölgələrinə dron və artilleriya zərbələri ilə eyni vaxtda təsadüf edib.

SEPAH-ın quru qüvvələrinin komandanı Məhəmməd Pakpur ötən həftə ölkəsinin İraqın Kürdüstan bölgəsində 40-dan çox nöqtəyə 70-dən çox ballistik raket zərbəsi endirdiyini və onlarla kamikadze pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.

İranın İraqın şimal bölgəsinə raket və dron hücumları Tehrana qarşı kəskin regional reaksiyalarla qarşılanıb, Qərb və bəzi ərəb ölkələri İranın İraqın suverenliyini pozan bu gərgin yanaşmasını kəskin şəkildə pisləyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar