SON XƏBƏRLƏR

İraq yığmasının ulduzu "Traxtur" klubunda çıxış edəcək

2022.07.07, 16:51
İraq yığmasının ulduzu "Traxtur" klubunda çıxış edəcək

Gunaz.tv

Səfa Hadi iyulun 7-də "Traxtur"la ilkin müqaviləni imzalayıb.
Bu barədə Təbriz klubu məlumat yayıb.

Səfa Hadi ilə ilkin müqavilə bağlanıb və o  "Traxtur" komandasının Türkiyədə olacaq təlim-məşq düşərgəsində Qurban Berdiyevin dəstəsinə qatılacaq.
Onunla son müqavilənin tibbi yoxlanışların nəticəsinin bəlli olmasından sonra başlanacağı deyilir.

Qeyd edək ki, Səfa Hadi İraq komandaları ilə yanaşı Rusiya liqalarında da çıxış edib və Asiyanın ən yaxşı futbolçularından sayılır.

Timur

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar