SON XƏBƏRLƏR

SEPAH İraqın şimalında müxalif təşkilatların qərargahlarını atəşə tutub

2022.09.28, 09:13
SEPAH İraqın şimalında müxalif təşkilatların qərargahlarını atəşə tutub

Gunaz.tv

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH)Şimali İraqda əməliyyat keçirib.

Qurumun yaydığı bəyanatda bildirilir ki, sentyabrın 28-də İran kürdlərinin hökumətə müxalif təşkilatlarının İraqın Ərbil və Süleymaniyyə bölgələrində yerləşən qərargahlarına artilleriya, raket və dron hücumları edilib.

İrana müxalif qurumların media orqanları xəbəri təsdiq edərək dağıntıların olduğunu 2 nəfərin öldüyü və 10 nəfərin yaralandığını qeyd ediblər.

İran mediası SEPAH-ın "Həmzə Seyyidülşühəda" qərargahı tərəfindən həyata keçirilən artilleriya və dron hücumlarını İrandakı etiraz aksiyalarına qarşı cavab kimi təqdim edir.

İran hökuməti ölkədə baş qaldıran kütləvi dinc aksiyaların xarici qüvvələr və müxalif siyasi təşkilatlar tərəfindən planlaşdırıldığını iddia edərək, repressiyalara bəraət qazandırmaq istəyir.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar