SON XƏBƏRLƏR

İraq İranın artilleriya hücumunu pisləyib

2022.05.12, 08:23
İraq İranın artilleriya hücumunu pisləyib

Gunaz.tv

Nazirlik ölkənin konstitusiyasına əsaslanaraq bildirib ki, heç kimin qonşu ölkələri təhdid etmək üçün İraq torpağından keçid yaxud mərkəz kimi istifadə etməyə haqqı yoxdur.

Xatırladaq ki, dünən İran mediası SEPAH-ın Quru Qoşunlarının İraqın Ərbil şəhərinə artilleriya hücumu etməsi barədə məlumat yaymışdı. 

İranın yerli mediasının iddiasına görə, SEPAH bu hücumu terror qruplaşmalarının qərargahlarını vurmaq üçün həyata keçirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar