SON XƏBƏRLƏR

Bağdadda gərginlik: İran səfirliyinə raket atılıb

2022.08.30, 09:48
Bağdadda gərginlik: İran səfirliyinə raket atılıb

Gunaz.tv

Bağdadda prezident sarayının qarşısında yaşıl zonada etirazçılar İran vətəndaşının pasportunu tapıblar.

Həmin şəxsin etirazçılara atəş açan İrana bağlı silahlı qüvvələr arasında olduğu bildirilir.

İraqdan gələn son xəbərlərə görə, İran İslam Respublikasının dəstəklədiyi İslami Dəvət Partiyasının lideri, keçmiş baş nazir Nuri əl-Malikinin evi mühasirəyə alınıb.

Etirazçılar və Sədr Hərəkatının silahlı qanadı olan Saraya əl-Salamın qüvvələri onun evinə girməyə çalışır və bunun müqabilində Tehranın dəstəklədiyi mühafizəçilər və silahlı qruplar ağır silahlarla etirazçıları hədəfə alır.

Şahidlər bu ərazidə onlarla insanın yaralandığını bildiriblər.

Saraya Salam tərəfdarları tərəfindən səfirlikləri hədəfə alması ilə bağlı xəbərləri təkzib edərək, indiyədək paytaxtda heç bir səfirliyə hücumun olmadığını bildirib.

Bir sıra xarici media nümayəndələri Bağdadın Yaşıl Zonası və digər ərazilərində qarşıdurmaların şiddətlənməsi ilə eyni vaxtda avqustun 30-da Bağdadda İran səfirliyi yaxınlığında dörd Katyuşa raketinin düşdüyünü bildiriblər.

Bununla yanaşı etirazçıların yenidən İran əleyhinə şüarlar səsləndirərək bu ölkənin İraqın daxili işlərinə qarışmasına etiraz etdilkəri qeyd olunub.

İraqın cənubundakı Divaniyyə şəhərində İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı “Əsaib Əhlül Həq” qrupunun qərargahında partlayış baş verdiyi, həmçinin İraqın cənubunda Babil şəhərində Nuri əl-Malikinin başçılıq etdiyi Hizb əl-Dəvanın ofisinin yandırılması ilə bağlı xəbərlər yayılıb.

İranın dəstəklədiyi başqa qruplardan biri olan “Kətaib Hizbullah İraq” bu partiyanın bir neçə bölgədəki ofislərinə hücumu təsdiqləyib.

“Əsaib Əhlül Həq”, “Bədr” və “Hikmət Milli”nin ofislərinin yandırılması və Müqtəda Sədrə bağlı “Saraya Salam”ın ofislərinə hücum xəbərləri ilə bağlı məlumatlar də dərc olunub. 

Qeyd edək ki, İraqın Səhiyyə Nazirliyi ölkədə baş verən iğtişaşlarda 25 nəfərin öldüyünü təsdiqləyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar