SON XƏBƏRLƏR

Təbrizin “Traxtur” futbol klubunun rəhbərliyi bəyanat yayıb

2022.01.01, 12:11
Təbrizin “Traxtur” futbol klubunun rəhbərliyi bəyanat yayıb

Gunaz.tv

“Ölkənin hazırki iqtisadi şərayitinə nəzərə alsaq özəl sektorun klubu idarə etməsi çətindir. Buna görə, klubun dövlət şirkətinə verilməsinə razılıq verməli olduq”-deyə, bəyanatda bildirilib.

Bundan bir neçə gün öncə “Traxtur” klubunun dövlət şirkətinə təhvil veriləcəyi ilə bağlı söz-söhbətlərin yayılması müxtəlif reaksiyalara səbəb olub.

Klubun hazırkı durumundan narazı olan klub tərəfdarları və milli fəallar bildiriş yayaraq, bu gün yanvar ayının 1-i, Təbriz vaxtilə saat 15:00-a Təbrizin “Bonyan Dizel” stadionunda mitinq keçirəcəklərini bildiriblər.

“Traxtur” tərəfdarları yaydıqları bildirişdə klubun hazırkı başçısı Məhəmmədrza Zunuzini İran hökumətinin adamı kimi bilərəkdən Azərbaycan klubunu  gözdən salmaqda ittiham edib və onun klub rəhbərliyindən istefa verməsini istəyiblər.

Qeyd edək ki, uzun müddətdir “Traxtur” klubu daxilində baş verən çəkişmələr, ixtilaflar və klubun yüksək məbləğdə borcunun yaranması Asiyada ən çox tərəfdarı olan klubu uğursuzluq zolağına salıb. 

Dekabrın 29-da İranın "Vərzeş 3" idman kanalının verdiyi məlumata görə, Təbrizin “Traxtur” futbol klubu gələn həftə dövlət şirkətinin mülkiyyətinə veriləcək.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar