SON XƏBƏRLƏR

“Traxtur”da yeni baş məşqçi: Təbriz klubunu xorvatiyalı Zvonimir Soldo çalışdıracaq.

2021.11.14, 08:20
“Traxtur”da yeni baş məşqçi: Təbriz klubunu xorvatiyalı Zvonimir Soldo çalışdıracaq.

Gunaz.tv

Bundan sonra iki il müddətinə Azərbaycan komandasını 54 yaşlı xorvatiyalı məşqçi Zvonimir Soldo çalışdıracaq.

Klub rəhbərliyi ilə baş məşqçi arasında bağlanan anlaşmaya görə, noyabrın 14-ündən Soldo rəsmi olaraq klubun baş məşqçisi kimi fəaliyyətə başlayıb.

Zvonimir Soldo Zaqrebin “Dinamo" və Almaniyanın “Ştutqart” komandalarında çıxış edib və 61 oyunda Xrovatiya milli komandasının tərkibində meydana çıxıb.
Qeyd edək ki, noyabrın 11-də “Traxtur” rəhbərliyi komandanın başına tanınmış avropalı mütəxəssis Goran Eriksonun gətiriləcəyini demişdi.

Ancaq Eriksonun vəkillərinin danışıqlarda irəli sürdüyü şərtlər klub rəhbərliyini qane etməyib.

Alternativ variant kimi nəzərdə tutulan xorvatiyalı məşqçi ilə anlaşma imzalanıb.

“Traxtur”un baş məşqçisi Firuz Kərimi qısa müddətli fəaliyyətdən sonra noyabrın 5-də istefa verib.
Tanınmış mütəsxəssis "Traxtur"la Tehranın “Peykan” komandası ilə oyundan sonra yollarını ayrıb.

Qeyd edək ki, həmin oyunda komandamız 3-1 hesabı ilə məğlub olub. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar